Tezliklə: “Cin Sovetskidə” olacaq

Bu yazı 684 dəfə oxunub!

Bir zamanlar ən populyar layihələrin rəhbəri, müğənnilərin kliplərinin rejissoru Zaur Qurbanov quruluşçu rejissoru və ssenari müəllifi olduğu “Cin Sovetskidə” adlı komediya filmi ilə yenidən ekranlara qayıdacaq.

Olkem.info Open.az-a istinadən bildirir ki, bu barədə Anar Cavanşir Hacıuluxanlı məlumat verib.

Anar Hacıuluxanlının sözlərinə görə, filmin rejissoru olan Zaur Qurbanov yeni çəkəcəyi filmin ”Sitlikdən, bayağılıqdan, mənasız və efir etikasından kənar ifadələrdən uzaq, peşəkarlıqla işlənmiş, sözün əsl mənasında komedik bir film olacağ”ını deyib.

Qeyd edək ki, filmin çəkilişləri yaxın zamanda başa çatacaq.

Bu yazı 684 dəfə oxunub!