Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu həbs edildi

Bu yazı 563 dəfə oxunub!

Yerevan məhkəməsi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbs olunması barədə hökm çıxarıb.

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumatına görə, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, Narek Sarkisyan bir neçə gün əvvəl Çexiyadan Ermənistana gətirilmişdi.

N.Sarkisyan silah və narkotik vasitələr saxlama, fırıldaq ittihamları ilə axtarışa verilmişdi. O, həmçinin “adam oğurluğu”nda şübhəli bilinir.

N.Sarkisyan bir müddət əvvəl Praqada saxta Qvatemala pasportu ilə saxlanmışdı. Çexiya Ədliyyə Nazirliyi onun Ermənistana ekstradisiyası barədə qərar çıxarmışdı.

Bu yazı 563 dəfə oxunub!