Bakıda Gürcüstan vətəndaşı bıçaqlandı

Bu yazı 567 dəfə oxunub!

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Olkem.info Trend-in məlumatına görə bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Şərifzadə küçəsi 231C ünvanında Gürcüstan vətəndaşı 1991-ci il təvəllüdlü Xudiyev Sahib Mehdixan oğlu bıçaqlanıb. Yaralı Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İlkin olaraq S.Xudiyev xəsarəti yıxılaraq aldığını bildirib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, S.Xudiyevə Kənan adlı şəxs xəsarət yetirib.

Faktla bağlı Yasamal rayon Polis idarəsində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisəni törətmiş Kənan adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu yazı 567 dəfə oxunub!