Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü Oyununun final mərhələsi keçirilir

Bu yazı 614 dəfə oxunub!

Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun final mərhələsinə start verilib.

Olkem.info Trend-in məlumatına görə bildirir ki, dekabrın 23-də keçirilən yarımfinal mərhələsində ilk oyunda Omar Çövkən Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.

Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə baxmayaraq ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük əldə edərək 4-1 hesablı qələbə əldə edib.

Bu gün keçirilən yarışın final mərhələsində ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda, ardınca isə Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşılaşacaqlar.

Sonda oyunun final mərhələsi keçiriləcək.

Xatırladaq ki, yarışın ümumi mükafat fondu 50 000 manat təşkil edir.

Bu yazı 614 dəfə oxunub!