Yasamal sakinlərini gülləbaran edən şəxs saxlanıldı

Bu yazı 590 dəfə oxunub!

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxsdən “Makarov” markalı tapança götürülüb

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, dekabrın 22-də saat 23 radələrində Bakı şəhər sakinləri Z.Muradov və İ.Babayevin güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Nağıyev saxlanılıb.

Cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança ondan götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bu yazı 590 dəfə oxunub!