Saatlıda 54 yaşlı kişi su kanalında boğulub öldü

Bu yazı 544 dəfə oxunub!

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Olkem.info Trend-in məlumatına görə bildirir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu yazı 544 dəfə oxunub!