İran təyyarəsi Azərbaycanla sərhəddə qəzaya uğradı

Bu yazı 560 dəfə oxunub!

İran Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Olkem.info Trend-in məlumatına görə bildirir ki, hadisə Azərbaycanla sərhədin yaxınlığında, Ərdəbil əyalətində Savalan dağı ətrafında baş verib.

Təyyarənin pilotunun taleyi naməlumdur.

Kəskin hava şəraitinə baxmayaraq pilot və təyyarənin axtarışları davam etdiriləcək.

Qəzanın səbəbləri ilə bağı araşdırma aparılır.

Bu yazı 560 dəfə oxunub!