Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı

Bu yazı 623 dəfə oxunub!

Dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub.

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.

Bu yazı 623 dəfə oxunub!