Bu yolda hərəkət 3 günlük məhdudlaşdırılacaq

Bu yazı 654 dəfə oxunub!

Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, prospektin yan yolunun sözügedən əraziyə düşən hissəsində, Koroğlu metrostansiyası istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumata görə,məhdudlaşma 01 yanvar saat 10:00-dan 3 gün müddətinə tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun prospektin əsas yolundan istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Bu yazı 654 dəfə oxunub!