Zabratda “Toyota” piyadanı vurub öldürdü

Bu yazı 614 dəfə oxunub!

Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, yanvarın 7-də saat 19 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Abbasov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Ofeliya Bağırovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bu yazı 614 dəfə oxunub!