Abşeron Gənclər Şəhərciyində yanğın baş verib

Bu yazı 584 dəfə oxunub!

Abşeron rayonunda yanğın baş verib.

Olkem.info Trend-in məlumatına görə bildirir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Adıçəkilən ərazidə yaşayan sakinlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb.

Bu yazı 584 dəfə oxunub!