Bakıda zoomarketə basqın edən şəxslər tutulublar

Bu yazı 635 dəfə oxunub!

Bakıda zoomarketə basqın edən şəxslər saxlanılıblar.

Olkem.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rayon ərazisində baş verən quldurluq hadisəsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 7-də saat 16 radələrində Mərdəkan qəsəbəsi ərazisində yerləşən zoomarketə gələn 2 nəfər oranın sahibi H.Babayevə bıçaqla çoxsaylı xəsarətlər yetirərək cibindən 14 000 manatı götürüb hadisə yerini tərk ediblər.

H.Babayev xəstəxanaya yerləşdirilib.

Bu yazı 635 dəfə oxunub!