Yarım əsrlik həsrət – Birləşməyən könüllər

Bu yazı 892 dəfə oxunub!

Today`s Baku 

Günel Azadə

Sənin üçün geri dönəcəm…

Ömrüm yetdiyincə səni gözləyəcəm….

Bir müharibə iki sevəni ayırdı. Amma onlar ayrılarkən söz verdilər bir birlərinə.. Biri dönəcəyinə, digəri ömrü yetdiyincə gözləyəcəyinə. Hər ikisi sözünü tutdu. Biri 50 il sonra da olsa geri döndü, digəri tam 50 il gözlədi.

Əlli il.. Necə də ürküdücü səslənir. Bir əsrin yarısı nə az nə çox 50 il..Bunu aylara, günlərə, saatlara hətta saniyələr bölsək birini gözləyərkən bu illərin necə çətin keçdiyini anlamaq olar. Əlli il bezmədən, yorulmadan gözləmək.

Müharibə yox oluşun simgəsidi.Müharibə varsa yox olmaq var.Fərq etməz burda yox olan nədir. Bu istər insanlığın yox oluşu olsun, istər mənəviyyatın yox oluşu olsun, istərsə də sevginin… Gərək o qədər güclü dayağa sahib olasan ki, müharibənin qarşısında uduzmayasan.Bu hamının bildiyi bir şeydi müharibəni dövlətlər edir, amma cəriməsini insanlıq ödəyir. Və mənim yazımın qəhrəmanları da bu cəriməni tam 50 il bir birinin həsrətiylə ödədilər. Necə də ağırdır deyilmi?

Sevgi gözləməkdir, səbr etməkdir. Deyirlər gözləmək yorur, tükəndirir insani. Bəs sevdiyini gözləmək, o da mi yorar? Sevdiyini gözləmək yormaz, tükəndirməz. Əksinə bir gün gələcək ümidi ilə yaşadar insanı. Hər səhər “bu gün o gündür” ümidi ilə gözlərini açar insan. Yalnız ümidi olan insan gözlər. Sevirsənsə gözlərsən. İllərə, fəsillərə, aylara, günlərə baxmadan gözlərsən.

Yazdıqlarım nə nağıldır, nə də bir xəyali sevgi. Bu yazdıqlarım ikinci dünya müharibəsi zamanı bir birindən qoparılmış yeni evli cütlüyün sevgisi və həqiqətən olmuş hadisələr əsasında çəkilən bir filmin mənə yazdırdıqlarıdır.İkinci dünya müharibəsindən, onun fəsadlarından çoxlu film çəkilib.Və hamısı da yetərincə təsirlidir. İnsanın müharibəyə nifrət etməsi üçün o filmlərin tək bir kadrı belə bəs edər. Amma bu film mənə tamam başqa cür təsir etdi.Türkiyə istehsalı olan “Birleşen gönüller” adlı film 2014 cü ildə çəkilib. Rejissorluğunu Hasan Kıraç’ın etdiyi və baş rollarını Hande Soral, Serkan Şenalp, Sema Çeyrekbaşı’nın bölüşdüyü bu film tarixi-dram filmidir. Film həm texniki baxımdan, həm senari baxımından güclü filmdir. Belə ki, müharibəni təsvir eden kadrlar çox canlı, təbii alınıb. Bir anlıq adamı alıb o dövrə, müharəbənin tam qızğın yerinə aparır. Aktyor heyyəti də gözəl və ustalıqla oynayır.

Filmin sujet xətdi o qədər zəngindir ki, filmə istənilən rakursdan yanaşmaq mümkündür. Yəni filmin qiymətləndirilməsi hər kəsin öz baxış bucağına qalıb. Məsələn, filmdə müharibənin necə dəhşət verici olduğu göstərilir, sevginin aliliyi göstərilir, ayrılmalarına baxmayaraq iki insanın sədaqəti göstərilir. Ən əsası şərtlər nə olursa olsun insanlığın ölmədəyi göstərilir. Və baş qəhrəman Cənnətin dilindən belə bir ifadə işlədilir. “Bir insanı öldürmək bütün insanlığı öldürməkdir”. Onlar kəndlərinə sığınan bir qızcığazın sağ qalması naminə bütün bir kəndin almaniya ordusuna əsir düşməsinə razı oldular. O balaca qız onlara güvənmişdi. Onu ələ verə bilməzdilər.

Kinoda sonsuzluğun sirrini axtaran Cəlaləddindən də bəhs olunur. Orda da gözəl bir ifadə işlənir. “Əsas olan axtardığını tapmaq deyil, əsas olan inamla əzmlə bu yola başlamaqdır”. Yəni məqsəd və istək varsa mütləqdir ki, bir nəticə əldə olur.

Senaridə Dilək və Yunus obrazları da var. Onlar bir birlərini sevən iki gəncdi. Dilək Yunusu çox sevir. Və bu sevgi onu Yunusla birlikdə tanımadığı bir ölkəyə gedib orda yeni həyata başlamağa aparır.

Belə.. Kino haqqında olan fikirlərimi, təəssüratlarımı yazıb çatdırmağa çalışdım. Təbii bunlar mənim fikirlərimdir. Bəlkə siz tamam başqa aspektdən yanaşacaqsınız. Yeri gəlmişkən kinoda hər şeydən yazdım,amma Cənnətlə Niyazın sonunu yazmadım. Əslində özüm bilərəkdən yazmadım ki, filmin sonu maraqlı qalsın və özünüz izləyəsiniz. Sizə bir məsləhət əgər bütün bu yazılanlardan sonra filmi izləməyə qərar versəniz tək izləyin.İcazə verin göz yaşlarınız axsın.

Cənnətlə Dilək arasında olan kiçik dialoqu paylaşaraq yazını sonlandırıram.

-Və siz hələ də onu gözləyirsiniz..Niyə?

– Vəfa….O, mənə geri dönəcəm dedi…

Mən də ona gözləyəcəm dedim…Bax, sevgi budur ,qızım..

12265614_429957443875981_7987951049618365319_o

Günel Azadə

 Today`s Baku 

todaysbaku.az 

 

Bu yazı 892 dəfə oxunub!