Müdafiə Nazirliyi jurnalistlərə akkreditasiya kartlarının verilməsinə başlayır

Bu yazı 963 dəfə oxunub!

Today`s Baku Yurdun Səsi informasiya saytına istinadən xəbər verir ki, yaxın vaxtlarda cəbhəyanı zonaya getmək istəyən jurnalistlərə akkertasiya veriləcək.

 

Bu barədə www.yurdunsesi.info saytına Müdafə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Müdafiə Nazirliyinə 50-ə yaxın KİV nümayəndəsi müraciət edib. Müraciət edənlərin bir qrupu müvafiq qurumlar tərəfindən yoxlanılb və noyabr ayının sonunadək onlara ilk akkertasiya kartları verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabinetinin sözü gedən qərarı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında ” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli 742 nömrəli Sərəncamının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə 14 avqsut 2015 ci eldilib. Bu qaydalarla jurnalistlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edilib. Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılaq.
Nümayəndələrinin akkreditə olunması üçün müraciət edən yerli KİV aşağıda göstərilən sənədləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim etməlidir:
– KİV rəhbərinin rəsmi müraciətini (müraciət rəsmi möhürlə möhürlənməlidir);
– təsisçi haqqında məlumatı;
– akkreditə olunacaq əməkdaşların tərcümeyi-halını;
– akkreditə olunacaq əməkdaşların 2 ədəd fotoşəklini (3×4);
– akkreditə olunacaq əməkdaşların şəxsiyyət vəsiqələrinin və xidməti vəsiqələrinin surətini;
– KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumatı;
Yalnız rəsmi qeydiyyatdan keçmiş və ya uçota alınmış dövri mətbu nəşrlər, teleradio yayımçıları, informasiya agentlikləri, internet və digər yayım formaları, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan və ya daimi nümayəndəliyi olmayan və 15 (on beş) gün müddətinədək ezam olunmuş xarici KİV nümayəndələri akkreditə olunurlar.
Akkreditasiyanın müddəti 1 (bir) ildir və KİV əməkdaşları aşağıda göstərilən sayda akkreditə oluna bilərlər:
– televiziya – 2 çəkiliş qrupu (jurnalist, operator və texniki işçi);
– radio – 2 jurnalist;
– informasiya agentliyi – 2 jurnalist və 2 fotoqraf;
-dövri mətbu nəşr – 2 jurnalist və 2 fotoqraf;
– internet informasiya ehtiyatı – 1 jurnalist;
-digər yayım formaları – 1 jurnalist.
Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 (on beş) gündən artıq olmamaq şərtilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 (yeddi) gün müddətində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir. Akkreditə olunmuş jurnalistlərə akkreditə kartları verilir.
Akkreditə edilmiş KİV nümayəndələrinin cəbhəboyu zonaya ezam edilməsi üçün müvafiq KİV rəhbəri Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hər ezamiyyət üçün ayrıca yazılı müraciət edir. Müraciətlərə 5 (beş) gün müddətində baxılır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərini öz təşəbbüsü ilə də təşkil edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən KİV nümayəndəsinin ezam olunmasına icazə verilməsi barədə qərar qəbul edildikdən sonra KİV orqanı ilə səfərin tarixi, mövzusu, ezam olunacaq nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları və digər məlumatlar bir daha dəqiqləşdirilir. KİV nümayəndəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin akkreditə kartı və icazə məktubu əsasında cəbhəboyu zonaya buraxılır.
Qaaydaların tələblərini pozan KİV nümayəndələrinin xidməti ezamiyyətləri dayandırılır, onların cəbhəboyu zonanı tərk etməsi təşkil olunur və akkreditəsi ləğv edilir.

Ramilə Qardaşxanqızı

yurdun səsi

yurdunsesi.info

Bu yazı 963 dəfə oxunub!