“Yarımçıq qalan oyun”

Bu yazı 972 dəfə oxunub!

Şöhrət Eyvazov

Nadir Qədimli

İştirakçılar:

Mayor Vaqif Şahbazov – polis rəisi, 40-43 yaşlarında
Kapitan Telman İbrahimov – 35-37 yaşlarında
Sevda – Kapitan İbrahimovun arvadı, 33-35 yaşlarında
Turan –  oğlu, 9 yaşında
Hüseyn dayı – Kapitan İbrahimovun qonşusu
Əminə – 15-17 yaşlarında

Mayor Şahnazaryan – Noyamberyan rayonunun polis rəsi, 40-45 yaşlarında
Aşot –  Qarabağ ermənisi, 35-40 yaşlarında
Samvel – Fransadan gələn  erməni terrorçusu, 35-40 yaşlarında
Asmiq – gözəl erməni qızı, 16-18 yaşlarında

Podpolkovnik Nikolay İvanov –  Sovet Ordusunun Xankəndində yerləşən motoatıcı hərbi hissəsinin  siyasi-tərbiyəvi işlər üzrə komandir müavini

Məkanlar:

Xocalıda kapitan İbrahimovun evi

Xankəndində olan  hərbi hissədə siyasi-tərbiyəvi işlər üzrə komandir müavininin iş otağı

Meşədə I məkan – (Xocalı sakinləri Ağdam istiqamətində hərəkət edirlər)

Meşədə II məkan – (açıqlıq tala, erməni hərbçiləri azərbaycanlıları əsir saxlayır)

Xocalı hərbi komissarının iş otağı

I

Ekranın sol güncündə L.Ter-Petrosyanın şəkli. Aşağıdakı ifadə ermənicə deyilir və azərbaycanca yazılır.

“Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qutarana və orada öz sivilizasiyanızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”

L.Ter-Petrosyan

XOCALIDA KAPITAN İBRAHIMOVUN EVI

Sevda: (otaqda öz-özünə danişir) Görəsən bu harda qaldı? Gecə yarı olub, hələ gəlməyib.
Turan: (içəri gəlir) Ana, atam niyə gəlmir? Onsuzda o həmişə belə eləyir…
Sevda: Sən hələ yatmamısan? Get yat, gələndə oyadaram.
Turan (yaşına yaraşmayan ötkəmliklə) Yox, ana, yuxum gəlmir. Atamnan işim var. Həmişə deyir sənə avtomat atmağı öyrədəcəm, öyrətmir.
Sevda: (oğlunun başını sığalıyır) Turan, sən axı hələ balacasan. Avtomat sənin üçün tezdi, oğlum.
Turan: Eeeey, ay ana, odey Əli dayının oğlu Səməd…
Sevda: Nə Səməd, döyüşür, yoxsa avtomat atır? Sənin indi dərs oxuyan vaxtındır.
Turan: Məktəbimizi “qrad” snaryadı dağıdıb da…
(qapı açılır, kapitan İbrahimov içəri daxil olur.)
Turan: Ana, ana! Atam gəldi! (atasına tərəf qaçır)
İbrahimov:  Ay mənim qoçaq oğlum. Hələ yatmamısan! Ananı qoruyursan eləmi? Kişisən e, kişi..
Sevda: Ay allah, gəldin, şükür Allaha! Əlim ürəyimin başındaydı…
İrahimov: Vəziyyət …(Turanın ona diqqətlə baxdığını görüb, sözünü yarımçıq saxlayır.) Get oğlum, get yat, artıq gecdir.. (Turan o biri otağa keçdikdən sonra yavaş səslə) Vəziyyət yaxşı deyil, Sevda. Uşağın yanında özüm demədim. Səni qorxutmaq istəmirəm.  Ermənilər yaman qudurub. Bu tək onların işi deyil. Bu dığalar rus hərbçilərinə güvənirlər. Ey, nə fərqi, ya burdakı rus, yada erməni.
Sevda: Telman, sən allah ürəyimi qoparma, onsuz da ürəyimiz üzülüb…
İbrahimov: Yox, daha qorxmaqdan keçib. Vəziyyət gərgindir, Bakıdan da bir xəbər yoxdu… Kömək gələsydi, hələ də gəlib çıxmayıb… Hava əlaqəsi də kəsilib…
Sevda: (lap astadan) Telman,  bəlkə Turanı Ağdama göndərək?
İbrahimov: Nə danışırsan? Camaat nə deyər? Mən ki hərbçiyəm! Mən oğlumu burdan çıxartsam, camaatın olan-qalan inamı da itər.
Sevda: Axı, Bakıdan nə deyirlər?
İbrahimov: Heç özləri bilirlər ki, nə deyirlər? Yaman yerdə axşamlamışıq… Bizim işimiz Allaha qalıb.
Turan: (otağa qayıdır.) Ata, yuxum gəlmir, çay istəyirəm.
İbrahimov:  (gülərək) Sənin susamağını bilirəm. Yaxşı, gəl otur yanımda.
Turan: Ata, mənə müharibədən danış.
İbrahimov: Nə danışmaq, oğlum, müharibə çox pis şeydir.
Turan: Bəs mənə avtomat atmağı nə vaxt öyrədəcəksən. (dodağını büzür, ərköyünlüklə) Axı söz vermişdin …
İbrahimov: Oğlum, bu dəmir parçası çox təhlükəlidir.
Turan: Ata, təhlükəldirsə sən onu niyə gəzdidirsən?
İbrahimov: (qımışaraq) Deyəsən, sənə avtomat atmağı öyrədəcəm. (avtomatı götürür )
Sevda: Telman, sən Allah qoy dursun, uşağın əlindən xata-zad çıxar.
İbrahimov: (güllə darağını çıxarıb, silahı yoxlaya-yoxlaya) Çıxmaz, heç bir ziyanı yoxdur. Hə oğlum, bax, bunu belə edirlər. (Turanın əlindən tutaraq, başa salır.) Bunu belə çəkirlər, sonra atəş açırlar.
Turan:  (sevincək) Hə! Ata, artıq bildim…
İbrahimov:  Ay mənim qoçaq oğlum! Mən deyirəm kişisən,  anan deyir uşaqdı – əlindən xəta çıxar. Hə, indi siz gedin yatın, mən də Hüseyn dayıgilə dəyib gəlirəm. Oğlu xəbər yollayıb. (qapıdan çıxanda Hüseyn dayıyla rastlaşır)
Hüseyn dayı: Axşamız xeyir! Gördüm sizdən səs gəlir, bildim ki, gəlmisən…
İbrahimov:  Hə, Hüseyn dayı, biraz olar gəlmişəm. Xanım xala necədi? Sizə gələcəydim – Asif salam göndərmişdi
Hüseyn dayı: (bir az qəhərlənir) Salam göndərən də sağ olsun, gətirən də… Özü necədir? Orda vəziyət nətəhərdi?
İbrahimov: Yaxşıdı, Hüseyn dayı. Asif də sizdən nigaranıydı. Dedi, mən yaxşıyam, narahat olmasınlar. Gələn dəfə o gələcək.
Hüseyn dayı: Narahat deyəndə, ay bala, mən elə anadan narahat doğulmuşam.
İbrahimov: Elə niyə deyirsən, ay Hüseyn dayı?
Hüseyn dayı: Oğlum, axı sən bilirsən biz Dərələyəzdən gəlmişik. Gözümü açandan, ağlım kəsəndən nənəm mənə bu dığaların qansızlıqlarından danışıb. Anamın üzünü də görməmişəm. Babam onu erməniyə əsir düşməsin deyə, tüfənglə özü atıb.  Aşıq Cəlil eşitmisənmi, tayqulaq Andronuk onun belinə qaynar samovar bağlayıb və sazı verib ki, indi çal. O da bizim Sallı kəndindən olub.. “Cəlili” mahnısıda o vaxtdan qalıb.
İbrahimov: İndikilər, guya ondan insaflıdırlar ki? Eyni toxumdurlar. Bir yandan da bu ruslar… Rus olmasa, ermənini yerində oturtmağa nə var ki? (Üzünü Sevdaya tərəf tutur) Turan çay istəmişdi, nə oldu?
(Sevda əlində çay stəkanları olan sini otağa daxil olur)

II

Ekranda yazı

“Xocalı üzrinə hücuma mayor Seyran Ohanyan, (sonra o, Ermənistanın Müdafiə naziri oldu ), Yevgeni Naboxin, Valeri Çitçiyan və erməni əsilli 50-dən artıq  zabit və praporşik rəhbərlik etmişdir”.

“Xocalı faciəsi” kitabından

 
XANKƏNDINDƏ OLAN  HƏRBI HİSSƏDƏ SIYASI-TƏRBIYƏVI IŞLƏR ÜZRƏ KOMANDIR MÜAVINININ IŞ OTAĞI

Podpolkovnik Nikolay İvanovun başının üstündən iri portret asılıb. Stolun üstündə müxtəlif növ yeməklər düzülüb, işkilər qoyulub.  İçəridəkilər yarısərxoş vəziyyətdə söhbət edirlər

Samvel: (Aşota) Ara yatmısan? Nikolayın arağın süz, bir tost deyəcəm. Aşot, burda bizim nə işimiz var, mən oturmuşdum  gül kimi Parisdə, Nikolayda ki, Rusiyada. Niyə gəldik, ona görəki, gördük ki, sizin – Qarabağa gəlmiş  ermənilərin turklaran müharibə etmək fikriniz yoxdu.  Hətta Marağa kəndində Qarabağa gəlməyinizin 150 illiyinə abidə də qoymuşdunuz, onu da biz partladıb məhv elədik. Dünyaya car cəkirik ki,  1500 il əvvəl  Arsaxda böyük erməni xalqı olub. Bu yandan da deyirik ki, 150 il əvvəl bizi bura ruslar gətirib (gülərək) sağ olsunlar! Nəysə, axı tost deyirdim. Bunu siz rusların sağlığına içirəm, ona görə ki, biz xaricdə yaşayan ermənilər  uzaqdayıq, siz olmasanız bizim burdakı qardaşlarımız bu turkların öhdəsindən gələ bilməzlər.. İçirəm sizlərin sağlığına, (əliylə yemək-içməyi və Asmiqi göstərir) hər şeyimiz sizə qurban
Asmiq: (Asmiq nifrət dolu baxışlarla Samveli süzür. Hiss olunur onu zorla gətiriblər. Qız erməni dilində söyüş söyür)
Nikolay: (Əlylə qızın çənəsindən tutur)  Bu gözəl nə deyir?
Aşot: (qıza nifrət dolu baxışlarla baxaraq, erməni dilində danışır)
Asmiq, sənə nə demişdim? Istəyirsən ailənizi sən qarışıq “Haydat” məhkəməsi gülləsin?  (Nikoloya tərəf dönür)  Deyir ki, sizsiz bizim bir günümüz olmasın!
Nikolay: Onda gəlin erməni gözəllərinin sağlığına içək! Bizi burda darıxmağa qoymayan onlardı. (Gülşürlər və içirlər)
Samvel: (Nikolayın Asmiqə əl atmasından istifadə edərək, Aşota ermənicə pıçıldayır) Deyəsən vaxtdır, sözümüzü deyək mi?
Aşot: Əsl məqamıdır.
Samvel: (Nikolaya) Əziz dost! İndi de görək, bizə sabahkı əməliyyata, Xocalıya hücuma görə necə kömək edəcəksiniz?
Nikolay: Nə istəsəniz! Alayda onsuzda yarısı sizinkilərdi. O ki, qaldı texnikaya, soldata – hamısının öz qiyməti var. Pul verin sizə lap raket verək. Elə bilməyin sərxoşam. Bu tək mənlik deyil, yuxarıların da payı var. Elə bilirsən burda olanlardan Moskvanın (əli ilə başının üstündəki  şəkli  göstərir) o kişinin  xəbəri yoxdur? Elə bu işləri özləri qurmayıblar? O ki qaldı, bizim alverə, agent işləyir ey! özü də necə… Heç nəyi gizlətmək olmur.
Aşot:  Ara, biz bunu bilirik, hər şey düzələr. Biz də müftə istəmirik ha…
Nikolay:  Hə, bu başqa məsələ… Sizə necə xoşdur, elə də olsun.
Mənə isə belə xoşdur. (qolunu Asmiqin boynuna salır və onu zorla öpür)
Samvel: Gəlin  bu qədəhləri də sabahkı əməliyyatın sağlığına içək! (içirlər) Biz olan yerdə turklar kimdir…

V

XOCALIDA KAPITAN İBRAHIMOVUN EVI

(Ətrafda partlayış səsləri eşidilir. Sevda narahat halda var-gəl edir)

Hüseyn kişi: (təlaşla içəri gəlir) Sevda, qızım, Telmandan  bir xəbər yoxdur? Deyəsən döyüş lap şəhərin içiərisində gedir.
Sevda: Hə Hüseyn dayı, mən də yaman qorxuram. Snaryad elə bil qulağımızın dibində partdıyır. Telmandan də bir xəbər yoxdur.
(Bu vaxt qonşu evə top mərmsi düşür və yanmağa başlayır.)
Hüseyn kişi: (təlaşla) Gəl qızım, gəl, daha burda  qalmaq olmaz. Turanı da götür şəhərdən çıxaq. Belə getsə hamımızı əsir götürəcəklər.
Sevda: (içəri girən Turanı qucaqlayaraq) Gəl, anan qurban, gəl qaçaq, Allah kərimdi.
Turan: Ana, Ana! Bəs atam, bəs atam?
Hüseyn kişi: Atan özü gələcək, gəlin, vaxt itirmək olmaz! (çıxırlar)

VI

Ekranın sol güncündə Serj Sarkisyanın şəkli. Aşağıdakı ifadə ermənicə deyilir və azərbaycanca yazılır.

“Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar.

Biz bu streotipi dağıtdıq”

Serj Sarkisyan

MEŞƏDƏ I MƏKAN

(Hüseyn kişi, Sevda, Turan və daha bir neçə nəfər Xocalı sakini yaralı Telmanbaycanlı döyüşçülərlə qarşılaşırlar.)

Sevda: (hərbçilərin birinə) Vaqif qardaş, Telmandan bir xəbər, Telman necə oldu?
Vaqif: (tutulur) Telman? Telmangil şəhərin o biri başında döyüşürdülər…
Turan: Vaqif əmi, niyə atamı qoyub gəldiniz? (ağlamsınır) Atam necə oldu?
Vaqif: Hüseyn əmi, bir dəqiqə məni dinlə (Hüseyn əmini kənara çəkir.) Telman mühasirəyə düşdü. Amma daşnaklara təslim olmadı. Qumbara ilə özünü də partlatdı, onları da…
Sevda: (həyacanla) Hüseyn əmi, yoxsa Telmanın başında bir iş var? Yox, o bizi tək qoymaz…
Hüseyn kişi: (Sevda və Turanı bağrına basır) Qızım, təki Vətən sağ olsun! Bu vətən, bu torpaq onu unutmaz, bala!
Turan: (bu sözləri eşidən kimi,onların əlindən çıxıb sürətlə geriyə qaçmağa başlayır.) Mən atamsız gedən deyiləm! Mən atamı tapacam!
Sevda: (eşitdiyi xəbərin şokundan ayıla bilmir. Zəif səslə) Turan! Getmə! (ətrafdakılara yalvarışla) Kömək eləyin, onu saxlayın!
Hüseyn kişi: Sevda, qızım, Sevda!
Sevda:  Turanı itirməyim. Turanı tapın.
(yaxınlıqdan atəş səsləri gəlir. )
Hüseyn kişi: (əli ilə Sevdanın ağzını tutur) Dayan bala! Hər tərəf it uşaqlarıyla doludur. Ermənilər bizi əsir götürə bilərlər. Silahımız da azdır. Güllə də qutarıb.
(Ağdam istiqamətində hərəkət etməyə davam edirlər)

VII

Ekranda yazı

“…anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”

Sənubər Ələkbərova, Xocalı sakini

(Meşədə açıq talalıq. Meşədəki dəstəni əsir alan ermənilər rus əsgərləriylə birlikdə  kiçik əsgər belləri ilə bir neçə azərbaycanlıya şahmat damasını xatırladan kvadrat yerlər qazdırır. Oğlunu tapmayan Sevda dayanmadan öz-özünə “Turan” adını pıçıldayır. Mayor Şahnəzəryan Samvellə söhbət edir.)

Şahnazaryan: Bilirsən buranı niyə qazdırıram? Bax o hərbçini görürsən? (Yaralanmış Vaqifi göstərir) Onunla mən Moskvada Milis akademiyasnda bir oxumuşuq. Zalım oğlu yaman şahmat oynayırdı. Mən hamını udurdum, o  da məni… İndisə qalib mənəm. Noyambeyran rayonunda rahat kabinetimi qoyub gəlsəmdə, onu əsir almışam. (ikrahla əli bağlı döyüşçüləri göstərir) 5-6 silahları vardı, onları da içi başları kimi boş idi. Elə bil ki, kinoya çəkilirlər. (gülüşürlər)
Samvel: İndi neyləyəcksən? Yenə də şahmat oynayacaqsan? (gülərək) Birdən yenə uduzarsan? Ha! Ha!
Şahnazaryan: (hirslə) İndi uduzmaq olar? O, artıq oyuna başlamamış uduzub. Tək Vaqif yox, bütün turklar bu oyunda uduzub. Axı, Qarabağ müharibəsi də bir şahmat oyunudu.
Samvel: Düz deyirsən. Turkların başı piyadalarını vəzirə çevirməyə qarışıb. Hamısı hakimiyyətə gəlmək  istəyir. Fərqimiz də bundadır: bu turklar özləri ilə şahmat oynayır, biz sə onlarla! Onlar bir-birlərini udurlar, bizsə onları uduruq! Yaxşı, bu oyunu necə oynayacaqsan, taxtanı gördük, bəs “fiqur”ların hanı?
Şahnazaryan: (yaralıları göstərir) Bunlar hamısı fiqurdu da… (qəh-qəhə çəkir) Hər halda çoxdurlar – canlı şahmat oynamağa yetər. (Vaqifin yanına çatırlar) Kursant Vaqif Qasımov, bağışla, karıxdım, (istehza ilə) yoldaş mayor, keçmiş illəri yada salaqmı? Canlı şahmata nə deyirsən? Sizə nə fərqi var kı, onsuz da elə bil ölmüsünüz. Amma oyunu udsan sağ qalan “fiqur”larını  götürüb, gedərsən… (gülür)
Vaqif: (zorla) Gülməyə tələsmə, əslində, sizin özünüz də kimlərinsə əlində bir fiqursunuz… Amma elə bilirsiniz ki, özünüz oynayırsınız.
Şahnazaryan: (gizlədə bilmədiyi həsədlə) O vaxtda beləydin – iddalı və məğrur. İndi görəcyik, iddanı əlindən almışam, qalıb məqrurluğun. (erməni hərbçilərinə tərəf dönür) Düzün fiqurları. (əliylə Vaqifi göstərir) Şahın yerinə bunu qoyun, qalanlarını özləri bilər.
(erməni hərbçiləri əsirləri şahmat damasına bənzər yerlərə düzürlər )
Şahnazaryan: (Vaqifin yanına qayıdaraq) Ha, Vaqifcan, yadıma düşdü, mənim sənə bir borcum var, o vaxt məni satsaydın milis akademiyasından qovulacaqdım. Onu da bu gün nəzərə alacam. Söz verirəm, oyunu udsan sağ qalan “fiqur”larını götürüb gedəcəksən. (Öz yerinə keçir və oyun başlanır)
(Vaqif piyada mövqlərinə kişiləri, arxa sıraya isə qadın və uşaqları düzür.)
Şahnazaryan: Demək sən, yenə humanistlik edirsən. Elə bilirsən qadınlara sıra çatmayacaq.
Vaqif: Əsas fərqlərimizdən biri də bundadır. Siz başqalarını ələ almaq üçün ən çox qadınlarınızdan istifadə edirsiniz.
Şahnazaryan: Elə bu sözlərinə görə, mən piyadalardan çox arxadakı fiqurlarını götürəcəm.

(Oyununun gedişində döyüşçülərdən bir neçəsi Vaqifə qadınların durduğu yerdən təhlükəni uzaqlaşdırmaq üçün özlərini könüllü qurban verməyə hazır olduqlarını bildidirlər. Azərbaycan tərəfdən vurulan “fiqur”ların yerində duran insanları uduzduqca yaxınlıqdakı ağaclardan asırlar. Artıq ağaclardan  ağaclardan 4 Xocalı sakini asılıb.)

VIII

Ekranda yazı.
Aşağıdakı ifadə ermənicə deyilir və Azərbaycan dilində yazılır.

“… və Xocalıda mən bizimkilərin törətdikləri vəhşılıkləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Hər yerdə azərbaycanlıların meyidləri tökülüb qalmışdı ”

Rantik Mirzoyan,
İrəvan sakini

Aşot başçılıq etdiyi erməni dəstəsilə ilə Turanı və bacı-qardaş olan 2 yeniyetməni gətirir

Aşot: (sevincərək) alın 3 turk da məndən…
(Turan anasını görcək özünü onun üstünə atmaq istəyir. Samvel Turanı əks tərəfə itəliyir. Uşağın başı yıxılarkən kötüyə dəyir və huşunu itirir.)
Sevda: Oğraşlar,  öldürdünüz balamı, Allah ocağınızı söndürsün! (Samvelin üzərinə atılır. Samvel əlindəki tapança ilə qadının başından vurur. Sevda yumruğları bükülü “Turan” deyərək  yıxılır.
Aşot: (Şahnəzəryana) Komandir, meşə doludur turknan, adam ver, gətirək biraz kef eliyək. Birdə bu fürsət ələ düşməz!
Şahnazaryan: Düz deyirsən, bu oyunu həmişə oynaya bilərik. (əli ilə öz mövqeyində olan fiqurların yerindəki erməniləri göstərir) Gör neçə əsgərimiz burda bekar qalıb. Burda bir Samvel mənə bəsdir. Gedin, hərəniz 10 turk gətirin.
(Ermənilər Aşotla gələn hərbçilərə qoşulub gedirlər.)
(Məkanda ermənilərdən yalnız Şahnəzəryan və Samvel qalıb)
Samvel: Tamaşaçılr azaldı,  oyun davam edəcək, yoxsa?
Şahnazaryan: Bəs necə? Davam edəcək, (təzəcə əsir alınmış yeniyetmə qıza yaxınlaşaraq) amma gedişi yalnız mən edəcəm! Bu mənim bu gün udduğum ən gözəl “fiqur” olacaq!
Vaqif: Alçaq! Kişisən aç qolumu!
Şahnazaryan: (Vaqifin aciz vəziyyətdə qalmağından  zövq alır) Ha-ha-ha! Udmaq növbəsi mənimdi! Sənsə möcüzə ilə xilas olsan şer yazarsan. Axı siz yaxşı şer yazırsınız! Bir il keçər, bu qözəl qız bir oğlan doğar. Onu anasından ayrı yetişdirib, sizə qarşı böyüdərik! Bizə həmişə terrorist lazım olacaq.
Samvel: (gözü Əminədə qalıb)Amma yeməli “fiqur”du ha, iştahın pis deyil!
Şahnazaryan: Sənə də çatar, bir az gözlə.
(avtomatı kənara atır, qızın qolundan tutub bir qədər aralı çəkir, qucaqlayıb yerə yıxır, yaxasını cırır)
Qız: (tükürpədici səslə qışqırır)  Kömək eliyin! Ay anaaa!
Vaqif: Əclaf! (onun üzərinə yeriyəndə Samvel tapança ilə qəsdən Vaqifin ayağına atəş açır. Vaqif yıxılır)
Turan: (atəş səsinə ayılır, gözü kənara düşmüş avtomata sataşır. Öz-özünə : “Axı, mən avtomat ata bilirəm”- deyir. Cəld silahı götürüb, Samvelə atəş açır. Zəif səslə) Al payını!
(Samvel yıxılr. Şahnəzəryan atəşin Samvel tərəfindən açıldığını düşünərək narahat olmur. Turan tərəddüd etmədən avtomatın lüləsini Şahnəzəryana və əsir qıza çevirərək bütün darağı boşaldır.) Al! Al! Al! (Vaqifin yanında yerə çökür) Vaqif əmi, mən onları öldürdüm!
Vaqif: (Şokda olan və barmağı tətikdən çəkə bilməyən Turanı qucaqlayır) Əhsən sənə oğul! Atan kimi igidsən.
Şahnazaryan: (əlini sinəsindən axan qana sürtərək, geri dönür. Ona atəş açanın Turan olduğunu gördükdə heyrət qarışıq nifrətlə qışqırır) Nə??????
Vaqif : (gülərək) bax belə! Bu oyunu da uduzdun! Hamınız belə uduzaqsınız! (Şahnəzəryan yerə sərilir)

IX

2001-ci il. Ağcakənddə Xocalı hərbi komissarının iş otağı

Komissar yorğun gözlərlə şəxsi işlərə baxır. Qapı döyülür.

Köməkçi: İcazə olar, yoldaş polkovnik?
Komisar: Gəl.
Köməkçi: Yoldaş polkovnik, bir nəfər gəlib könüllü hərbi xidmətə getmək istiyir.
Komissar: (hirslənərək) Burda nə var ki, göndərin getsin.
Köməkçi: Yoldaş polkovnik bilirsininiz, onun möhlət hüququ var
Komissar:  Çağırın gəlsin, şəxsi işini də gətir

Köməkçi çıxır. İçəri 18 yaşında hündür boylu, qarasaçlı bir gənc daxil olur.

Komissar:  (sanki onu hardasa görübmüş kimi zəndlə baxır) Gəl otur. (köməkçinin indicə gətirdiyi şəxsi işi alır, ilk vərəqinə baxan kimi ayağa qalxır və axsaya-axsaya ona yaxınlaşır) İbrahimov Turan Telman oğlu! Məni tanımadın?! Vaqif əminəm də. Atanın dostu. Bizi sən xilas eləmisən! (qürurla) Get oğul!(Yumruğunu sıxır) Şahnəzəryanların bizlərnən oynamaq istədikləri oyunlar hələ qutarmayıb! (Onlar qucaqlaşırlar).

Yurdun  Səsi

yurdunsesi.info

 

Bu yazı 972 dəfə oxunub!