Ağdamda mülki şəxs yaralanıb

Bu yazı 679 dəfə oxunub!

Erməni ordusunun müxtəlif çaplı silahlardan atdığı güllələr Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı cəbhəyanı yaşayış məntələrinə də səpələnir.


yurdunsesi.info saytının APA-ya istinadən verdiyi məlumata görə, Ağdam rayon Güllücə kənd sakini 1958-ci il təvəllüdlü Fərəcov Məhəmməd Fərəc oğlu, Təzəkənd kəndi ərazisində təsərrüfatında suvarma işləri apararkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Güllə dərini zədələsə də, daxilə keçməyib. İlk yardım göstərildikdən sonra M. Fərəcov evə buraxılıb.

Bu yazı 679 dəfə oxunub!