Taxtakörpü qəsəbəsində yanğın

Bu yazı 784 dəfə oxunub!

“Mənim Ölkəm” www.yurdunsesi.info-ya istinadən xəbər verir ki, bu gün Ağcabədinin Taxtakörpü qəsəbəsində yerləşən Laçın obalarının Qarakeçdi yatağında maşın yanıb.
mashin2Mersedes-Bens markalı avtomobilin sahibi Laçın rayonundan məcburi köçkün Xanəli Verdiyev bu hadisənin ikinci dəfə təkrarlandığını və qəsdən yandırıldığını iddia edir. Bir neçə il əvvəl yanan maşınına texnki ekspertiza nəticəsində akkumlyatorın və elektrik sisteminin nasaslığının səbəb oduğu qərarına gəlinmişdi. Bu rəy ilə razılaşmayan Xanəli Verdiyev həmin hadisədən sonra hər axşam ehtiyat üçün akummlayatorun tutqaclarını ayırdığını da bildiririr.
Qeyd edək ki, maşını yandırılan Xanəli Verdiyev evində 90 yaşında qadın olmaqla 6 nəfər yaşayır. Ailə sahibi onların hamısın qorxu içində olduqlarını da bildirdi. Laçın rayon polis şöbəsindən hadisə ilə bağlı istintaq qrupunun yaradıldığını və tədqiqatın davam etdirilidyini bildiriblər.

“Mənim Ölkəm”

www.yurdunsesi.info

Bu yazı 784 dəfə oxunub!