Neftin qiyməti bahalaşır

Bu yazı 531 dəfə oxunub!

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Olkem.info AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar artaraq 74,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 65,94 dollar təşkil edib.

Bu yazı 531 dəfə oxunub!